Ölkədə son 24 saatda 80 minə yaxın vaksin vurulub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78949 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19838 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 6249673, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3772533, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2477140 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top