Azərbaycan əhalisinin bu il nə qədər qaz istifadə etdiyi açıqlandı


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhali istehlakçıları üzrə istifadə olunmuş qaz sərfiyatının dəyəri 251 564 592,69 manat təşkil edib və yüz faiz ödənilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin “Facebook” hesabında məlumat paylaşılıb.

“Bu onu göstərir ki, “Azəriqaz” İB olaraq vətəndaşa xidmət məsuliyyətimiz nə qədərdirsə, abonentlərin də ödənişlə bağlı məsuliyyət yükü bir o qədərdir. İstismar müddəti bitən əvvəlcədən ödənişli sayğacların sonradan ödənişli sayğaclarla əvəzlənməsi prosesi başlayanda qəribə bir fikir formalaşdı. Bəzilərinin proqnozuna görə bu keçid guya ödənişlərə təsir edəcəkdi. Əsas arqument də bu idi ki, əhalinin əksər hissəsinin sonradan ödənişli sayğaclara qarşı xüsusi bir inamsızlığı var və bu da ödənişlərdən imtinaya səbəb olacaq. Sizinlə bölüşdüyüm statistika – yəni 100 faizlik ödəniş deyilənləri alt-üst etdi”, - deyə Ruslan Əliyev bildirib.

O həmçinin əlavə edib ki, 1 avqust 2021-ci il tarixə olan statistikaya görə əhali istehlakçılarının sayı 2 372 660 abonent təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top