Fransa ölkəyə təxliyyə edilmiş əfqanlardan bir nəfəri həbs edib.
Yeniavaz.com "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Gerald Darmanen məlumat verib.
Sözügedən şəxsin həbs edilməsinə səbəb onun "Taliban" qruplaşması ilə əlaqədə olması olub. Fransa kəşfiyyat idarəsi həbs olunan şəxsin qardaşı da daxil olmaqla daha 3 nəfəri nəzarətə götürüb.
Məlumata görə, həbs olunan şəxs avqustun 18-də təhlükəsizlik qüvvələrinin əmrinə tabe olmadığından onlarda şübhə oyadıb. Danışıqlar zamanı şübhəli "Taliban" hərəkatına mənsub olduğunu inkar etməyib və Kabildə bir "Taliban" postunu silahla qoruduğunu etiraf edib.
Qeyd edək ki, fransalı diplomatlardan biri ölkəsinin ABŞ-ın 31 avqustda Əfqanıstandan çıxmasının ardından “Taliban"dan qaçmaq istəyən əfqanların evakuasiyası məsələsini dayandıracağını bildirib.