Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan parlamentində çıxışı zamanı gərginlik yaşanıb.
Yeniavaz.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, gərginliyə səbəb parlament üzvü Anna Mkrtçyanın baş naziri "xain" adlandırması və onun səhv addımlarını sadalaması olub. Bu sözlər eşidən parlament spikeri Alen Simonyan deputatdan parlamenti tərk etməsi tələb edilib. Millət vəkili parlamenti tərk etməkdən imtina edib. Daha sonra təhlükəsizlik xidməti zala daxil olub və müxalif millət vəkilləri ilə onlar arasında gərginlik yaranıb. İclasa 20 dəqiqəlik fasilə verilib və canlı yayım kəsilib.