Əhməd Məsud açıqlama yaydı: “Hazırlıqlarımızı davam etdiririk”


Əhməd Məsud Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”a təslim olmayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, əfsanəvi əfqanıstanlı komandir Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun başçılıq etdiyi Pəncşirdəki müqavimət qüvvələri  “Taliban”a qarşı hazırlıqlarını davam etdirir.
Qeyd edək ki, Pəncşir “Taliban”ın hakimiyyəti altında olmayan yeganə vilayətdir. “Taliban” sözçüsü Zabihullah Mücahid bir neçə gün əvvəl Pəncşirin “Taliban” tərəfindən mühasirəyə alındığını söylədi. Pəncşirdəki qüvvələrin təslim edilməsi və şəhərin taliblərə təhvil verilməsi ilə bağlı danışıqların davam etdiyini söyləyən Mücahid, bu problemin masada həll edilməsinin tərəfdarı olduğunu bildirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top