G-7 ölkələrinin "Taliban"la bağlı qərarı açıqlandı


G-7 ölkələri Əfqanıstanla bağlı keçirdikləri onlayn iclasın nəticəsini açıqlayıb.
Yeniavaz.com "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, G7 ölkələri parlamentlərinin Xarici Əlaqələr Komitəsinin rəhbərləri heç bir ölkənin “Taliban” rejimini birtərəfli qaydada tanımamağa çağırıb.
Avropa Komissiyasının sədri Ursula von der Leyen məsələ ilə bağlı yazdığı tvitində bildirib ki, G7 toplantısında Avropa İttifaqının büdcəsindən əfqan xalqına ayrılan humanitar dəstək 200 milyon avrodan çox artırılacaq. O həmçinin bildirib ki, hazırda Əfqanıstan xalqına kömək məqsədilə 50 milyon avrodan çox humanitar yardım ayrılır. 
Qeyd edək ki, G-7 ölkələri tərəfindən Əfqanıstanda son günlər baş verən dəyişikliklərlə bağlı təcili iclas çağırılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top