Vətən Müharibəsi şəhidi məzarı başında anılıb - VİDEO


Şəhid Daşqın Şəfiyev ad günündə məzarı başında anılıb.
Yeniavaz.com
xəbər verir ki, avqust ayının22-də əslən Kəlbəcər rayonundan olan, Samux rayonunun Seyidlər kəndində məskunlaşan, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Daşqın Hidayət oğlu Şəfiyevin ad günü məzarı başında və evində, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı, Samux Rayon İcra Hakimiyyətinin rəhbər səxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvləri ilə birlikdə qeyd olunub
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər 32 yaşı tamam olan şəhid Daşqın Şəfiyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar.
Məlumat üçün qeyd edek ki, Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində dəfn olunub.
Qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top