Yaponiyanın ən təhlükəli yakudza lideri edam ediləcək


Yaponiyanın cənub-qərbindəki Fukuoka şəhər məhkəməsi, "xüsusilə təhlükəli" olaraq təyin olunan yakudza qrupunun (mafiya qruplaşması) lideri Satoru Nomuranı edam cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. 
Qeyd edək ki, Satoru Nomura 2014-cü ildə həbs edilib. 74 yaşlı mafiya lideri bir balıqçılıq kooperativinin başçısını öldürməkdə və polislərə hücum etməkdə ittiham olunur. Nomura isə özünü təqsirli bilmədiyini deyib. 950 professional cinayətkara liderlik edən Nomuranın 50-yə yaxın cinayətdə əlinin olduğu vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top