Qohumunu yük yerində gizlədərək Zəngilana getmək istədi - FOTO


Zəngilan rayon sakini Vüsal Cəfərovun idarə etdiyi nəqliyyat vasitəsi prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə kommendant postunda saxlanılıb.

DİN-in mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, V.Cəfərov saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq avtomobilə baxış keçirilməsinə mane olmağa çalışıb. 
V.Cəfərovun bu hərəkətlərinin qarşısı alınıb, avtomobilin yük yerinə keçirilən baxış zamanı qohumu Rauf Cəfərovu orada gizlədərək qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçirtməyə çalışdığı müəyyən edilib.
Hər iki şəxs saxlanılaraq Cəbrayıl RPŞ-yə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü V.Cəfərov 15, qohumu R.Cəfərov isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top