İngiltərəli həkimlərdən COVID-22 barədə XƏBƏRDARLIQ


İngiltərəli tibb işçiləri “COVID-22” adlandırdıqları yeni ştamm barədə xəbərdarlıq ediblər.
Yeniavaz.com “CNN”ə istinadən xəbər verir ki, İngiltərənin elm adamları, son dövrlərdə “Alfa”, “Betta”, “Delta” və “Gamma” kimi ştammların birləşməsindən "supervariant"ın ortaya çıxa biləcəyi barədə xəbərdarlıq ediblər. İngiltərəli immunoloq, professor Doktor Sai Reddi, “COVID-22” adlandırdığı yeni virusun, deltadan daha ölümcül ola biləcəyini vurğulayıb.
Daha güclü bir variantın ortaya çıxmasının qaçılmaz olduğunu iddia edən Reddi, “sözügedən virusa artıq hazırlaşmalıyıq”, - deyə qeyd edib.

Aytac Xəlilova

DİGƏR XƏBƏRLƏR

Top