COVID-19-la bağlı tanınmış həkimdən vacib tövsiyələr


Həkim Aydın Əliyevin Covid-lə bağlı tövsiyələr verib.

Yeniavaz.com həmin tövsiələri təqdim edir:
1. Əgər özünüzdə hərarət, boğaz ağrısı, boğaz qıcıqlanması, burun tutulma, burun axması, ishal-diareya, halslzlıq, əzələ, sümük oynaq ağrıları müşahidə edirsinizsə, burun-udlaqdan və ağız-udlaqdan yaxma, sıyrıntı PCR test analizi verin, insanlarla kontaktdan çəkinin.
2. Əgər test analiziniz pozitiv-müsbət çıxıbsa panik olmayın, bu dəfəki delta ştamı əvvəlkilərdən daha yüngül keçirilir, panik olmayın, onlarla test analizi pozitiv olan insanı antibiotik, deksametazon kimi-hormonal preparatların qəbulundan, sistemlərdən çəkindirmişəm və sağalıblar!
3. Test analizi pozitiv olan şəxsə 1-ci növbədə pulsoksimetr cihazı ilə barmaq ucundan Oksigenin saturasiyasını ölçmək lazımdır.
4. Əgər O2 saturasiyası 95-dən çoxdursa heç bir KT və Rentgen müayinəsi lazım deyil. Əksinə, bu halda bayıra çıxıb digərlərini yoluxdura bilərsiz.
5. Sosial məsuliyyətimizi başa düşək, özümüzü və ətrafımızı qoruyaq.
6. Heç bir xəstəlik əlamətimiz yoxdursa və test analizimiz mənfidirsə, peyvənd edilək! Peyvənd çox qoruyur! Yoluxmanın qarşısını tam almasa da, ağırlaşma və ölümün qarşısını 90%-dən çox alır!
7. O2 saturasiyası 95-dən çoxdursa, ciddi halsızlıq, iştahsızlıq, qusma, ishal-diareya, yüksək hərarət, yanaşı ağır şəkərli diabet, hipertoniya və digər damar patologiyaları ilə müşayiət edilən xəstəliyimiz yoxdursa, heç bir qorxu və panikaya əsas yoxdur!
8. O2 saturasiyası 95-dən çoxdursa heç bir antibiotik, deksametazon və ya digər hormonal preparatların qəbuluna və sistem qoşulmasına ehtiyac yoxdur!
9. Konkret olaraq orqanizmdə virusu öldürən bir dərman preparatı hələ dünyada icad edilməyib. Gərəkən orqanizmə mane olmamaqdır ki, orqanizm özü immun sistem vasitəsilə virusu öldürsün!
10. O2 saturasiyası 95-dən çoxdursa demək ki, orqanizm lazımi qədər virusun öhdəsindən gəlir. Əgər bu halda biz yuxarıda adını çəkdiyim lazımsız dərman preparatlarından istifadə edəriksə, əksinə orqanizmə mane olaraq onu əlavə yüklə yükləyərək, virusla mübarizəsini çətinləşdiririk!

DİGƏR XƏBƏRLƏR

Top