Paşinyan itkilərinin sayını açıqladı – qadınlar da hərbi xidmətə cəlb ediləcək


Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsində itkilərinin sayı barədə məlumat verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Paşinyan yeni hökumətin təqdimatı zamanı parlamentdə çıxış edərkən İkinci Qarabağ müharibəsində 3 min 773 hərbçi itirdiklərini, 243 nəfərin isə itkin düşdüyünü deyib. Paşinyan çıxışı zamanı həmçinin bildirib ki, Ermənistanda qadınlar hərbi xidmətə daha geniş şəkildə cəlb ediləcək:
“Qadınların Silahlı Qüvvələrdə xidmətə cəlb edilməsi kişilərlə bərabər xidmət edəcəkləri mənasına gəlmir. Məqsəd potensialı maksimum dərəcədə artırmaqdır”.

 

DİGƏR XƏBƏRLƏR

Top