KİV: "Taliban" Əfqanıstanı idarə etmək üçün 12 nəfərlik məclis quracaq


"Taliban" hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün şura qurmaq niyyətindədir.

Yeniavaz.com "Foreign Policy"yə istinadən xəbər verir ki, bu barədə hərəkatın liderlərinə yaxın mənbələr məlumat yayıb. Xəbərdə deyilir ki, hərəkat buraya ölkənin əvvəlki hökumət üzvlərindən də bəzilərini daxil etmək istəyir.
Məlumata görə, məclisdəki ən nüfuzlu üç şəxs "Taliban" siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu, "Taliban" hərbi komissiyasının rəhbəri Mouləvi Yaqub, həmçinin sahə komandiri və "Haqqani Şəbəkəsi" təxribatçı qrupunun lideri Siracəddin Haqqani olmalıdır.
Xəbərdə deyilir ki, "Taliban" Əfqanıstanda nə prezident, nə də başqa bir lider vəzifəsini bərpa etmək istəmir. Bununla da, ABŞ-ın dəstəklədiyi əvvəlki hökumət üzvlərindən bəzilərinə seçdikləri yeni kabinetdə nazir vəzifələrini təklif etmək niyyətindədirlər. "Taliban" bu addımı ilə beynəlxalq ictimaiyyət tərəfindən tanınma şansını artırmaq üçün mümkün qədər əhatəli görünən bir hökumət yaratmaq istəyir.

DİGƏR XƏBƏRLƏR

Top