"Taliban" ABŞ-ın təyyarə və helikopterlərini ələ keçirdi


"Taliban" hərəkatı ABŞ məxsus bir neçə hərbi təyyarəni və helikopterləri, eləcə də tank əleyhinə raketləri ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb. Hadisənin Pentaqonda narahatlıq yaratdığı bildirilib.
Mənbələrin bildirdiyinə görə, "Taliban" tərəfindən ələ keçirilən silahların geri qaytarılması ilə bağlı heç bir məluamat yoxdur. Belə düşünülür ki, "Taliban" üçün helikopter və təyyarələrin istifadəsi çətin ola bilər, çünki onları idarə edəcək pilot və texniki baxışdan keçirəcək heyət yoxdur.
"Əl Ərəbiyyə" telekanalının məlumatında deyilir ki, ABŞ evakuasiya məslələrinin tamamlanmasını gözləyir ki, hərbi bazalar da daxil olmaqla zərbələr endirməyə başlasın.

DİGƏR XƏBƏRLƏR

Top