Göyçay sakini: "Mərkəzi küçələr zibilliyə qərq olub, baxan yoxdur" – FOTOLAR + AÇIQLAMA


"Göyçayda şəhərin mərkəzi küçələri zibilliyə qərq olub. Ətrafa üfunət iy, təhlükəli xəstəlik yayan bu zibilliklər vaxtlı-vaxtında təmizlənmədiyi üçün insanların həyat və sağlamlıqları təhlükə altındadır".
Bu sözləri Yeniavaz.com-a müraciət edən Göyçay sakini Rəvan Məmmədov deyib. O, Göyçay Rayon Sanitar-Təmizlik İdarəsində əməkdaşların əksəriyyətinin işə çıxmadıqlarını iddia edib:
“700 nəfərə yaxın işçinin əksəriyyətinin adları orada gedir. Maaş kartları ya vəzifəli şəxslərin cibindədir, ya da aylıq “haqq” verirlər deyə, onlara “gözün üstə qaşın var” deyən yoxdur”.
R. Məmmədov ötən gün – avqust ayının 23-də çəkdiyini idda etdiyi və anti-sanitar vəziyyətin əks olunduğu fotoları redaksiyamıza təqdim edib:






Göyçay Rayon Sanitar-Təmizlik İdarəsin rəhbəri Fuad Bəşirov məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab verib və vətəndaşın iddialarının həqiqəti əks etdirmədiyini deyib:
“Bizim idarəyə iki ildir mən rəhbərlik edirəm. Sabiq müdir Loğman Əliyev korrupsiya idarəsi tərəfindən saxlanılıb. İşdən çıxdıqdan sonra dəfələrlə mənim haqqımda yazıb. Mənim idarəmi 5-6 dəfə Göyçay Rayon Prokurorluğu yoxlayıb. Dövlət Təhlükəsizlik Xidməti də dəfələrlə yoxlayıb. Yəni mənim deyilən formada, adı yazılıb özü evdə oturan işçim yoxdur. 
Həmin fotolar Heydər Əliyev Prospekti 106 və peşə məktəbi tərəflərdə çəkilib. O da səhər tezdən çəkilib. Zibil maşını bu başda olanda o da gedib o başdan şəkilləri çəkib ki, guya şəhər zibillidir. Su kanallarının təmizliyinə isə biz baxmırıq. 
Suvarma kanallarındakı anti-sanitar vəziyyətlə bağlı Göyçay Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top