"Taliban" Yaponiya ilə münasibətlərin qurulmasında maraqlıdır


"Taliban" Yaponiya ilə normal münasibətlər qurmaqda maraqlı olduğunu bildirib.
Yeniavaz.com
Yaponiyanın "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Məhəmməd Süheyl Şahin məlumat verib. Xəbərdə deyilir ki, Şahin ölkənin bu yaxınlarda Əfqanıstanda bağlanmış səfirliyini yenidən açacağına ümid edir.
O həmçinin bildirib ki, "Taliban" Yaponiyanın qeyri-hökumət təşkilatlarının Əfqanıstandakı fəaliyyətini yüksək qiymətləndirir və Yaponiya səfirliyində, eləcə də QHT-lərdə çalışan yerli işçilərin həyatına və əmlakının toxunlumazlığına zəmanət verir.
Şahin Əfqanıstandakı xarici jurnalistlərin Kabil və Əfqanıstanda istənilən nöqtədə sərbəst fəaliyyətlərini davam etdirə biləcəyini də vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top