Boliviyanın keçmiş prezidenti intihara cəhd etdi


Boliviyanın keçmiş prezidenti 54 yaşındakı Janin Anis həbsxanada öz həyatına qəsd etməyə çalışıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. Boliviya rəsmiləri onunla bağlı açıqlamasında bildirib ki, Anisin vəziyyəti hazırda stabildir. 
Qeyd edək ki, Janin Anis hakimiyyətdə olduğu vaxt 22 etirazçının ölümü ilə əlaqədar həbs edilib. O isə öz növbəsində bu ittihamları rədd edərək günahsız olduğunu bildirir.

DİGƏR XƏBƏRLƏR

Top