Rusiyada 1,1 milyon hektar ərazi yanır


Hazırda Rusiyanın fərqli-fərqli bölgələrində 1,1 milyon hektar ərazidə meşə yanğınları davam edir.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, yanğınların əsas hissəsi, təxminən 956 min 518 hektarı Yakutiyada 32 fərqli ərazidə qeydə alınıb. Yanğınsöndürənlərin səyləri nəticəsində 178 min 034 hektar sahədə meşə yanğınları aradan qaldırılıb.
Yanğınların söndürülməsinə 8950 nəfər, 1837 ədəd texnika, 21 təyyarə cəlb edilib. 62 təyyarə isə monitorinqə cəlb edilib.
Ölkənin altı bölgəsində fövqəladə vəziyyət elan olunub.

DİGƏR XƏBƏRLƏR

Top