Bakıda reyd keçirilir, bu şəxslər cərimə olunur - VİDEO


Son günlər ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alındığından Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yoxlamalar aparılır.

Yeniavaz.com Xəzərxəbər.az-a istinadən xəbər verir ki, bugünkü reyd sərnişin avtobuslarında keçirilib. Tibbi maskadan düzgün istifədə etməyən şəxslər avtobusdan düşürülüblər.

Qaydalara əməl etməyən sərnişinlər inzibati qaydada cərimə olunublar.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ayaz Hüseynov avtobusa minərək sərnişinlərlə profilaktik söhbətlər aparıb, bu xəstəlikdən qorunmaq üçün bütün qoyulan tələblərə əməl edilməsinin vacibliyini vurğulayıb.

Bənzər yoxlama metroda da aparılıb. Vaqonlarda maskadan düzgün istifədə etməyən sərnişinlər inzibati qaydada cərimə olunublar.

İri mağaza və ticarət obyektlərində də yoxlamalar aparılıb. Maskadan düzgün istifadə etməyən işçilərlə bağlı sahibkarlara ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, qapalı yerlərdə koronavirus əleyhinə qaydaların tələblərinə ciddi əməl olunmasına nəzarət, yoxlama tədbirləri hər gün həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top