Mingəçevirdə 24 yaşlı oğlan su anbarında batıb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevirdə 24 yaşlı oğlanın su anbarında batması barədə məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1997-ci il təvəllüdlü Qarayev Orxan Mahir oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***18.10
Mingəçevir su anbarında çimən gənc batıb.
Yeniavaz.com xəbər verir ki, hadisə anbarın qeyri-çimərlik ərazisində baş verib.
Şəki sakini olduğu deyilən şəxsin meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılıb və sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top