Erməni terroru nəticəsində zərərçəkən sakinlərlə görüş keçirilib


Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Artıq 6 aydan çoxdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.
Yeniavaz.com
xəbər verir ki, fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşların müraciətlərində yer alan məsələlərin birbaşa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aid olduğu nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə podrat işlərinin sivarişçisi olan komitə üzvləri arasında görüş təşkil edib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini İlqar Sadıqov və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan görüşdə zərərçəkən sakinləri narahat edən məsələlər müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı üzə çıxan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

DİGƏR XƏBƏRLƏR

Top