"Semaşko"nun 6 şöbəsi COVID-19-a görə bağlandı


1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") 6 şöbəsi koronavirusla mübarizə səbəbindən bağlanıb.

Yeniavaz.com-un xəbərinə görə, KTM-dən Report-a bildirilib ki, mərkəz avqustun 19-dan COVID-19 xəstəxanası kimi fəaliyyətə göstərir:

"Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, ümumi reanimasiya, intensivterapiya şöbəsi də koronavirusla mübarizə səbəbindən bağlanıb.

Hazırda mərkəzdə hemodializ xəstələrinə xidmət göstərilir, toksikoloji xəstələrə və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatları yerinə yetirirlir".

DİGƏR XƏBƏRLƏR

Top