"Taliban": "İnsanlar ölkəni iqtisadi vəziyyətlə bağlı tərk edir"


"Taliban"ın sözçüsü Süheyl Şahin son günlər əfqanların iqtisadi vəziyyətlə bağlı olaraq ölkəni tərk etdiklərini bildirib. 
Yeniavaz.com
xəbər verir ki, sözçü bu barədə "Sky News"a açıqlama verib. O bildirib ki, Əfqanıstan kasıb ölkədir və əhalinin 70 faizi yoxsul yaşayır. Bununla əlaqədar olaraq insanların qərb ölkələrini seçdiyini bildirib. Şahinin sözlərinə görə, 14 avqustdan bu yana kimi 28 min nəfər ölkədən təxliyyə olunub. 
Süheyl Şahin həmçinin bildirib ki, "Taliban" xarici təhlükəsizlik qüvvələrinin 31 avqustdan sonra ölkədə qalmasını istəmir. 

DİGƏR XƏBƏRLƏR

Top