Toni Bleyr Əfqanıstanla bağlı xətaya yol verdiklərini bildirdi


İngiltərənin keçmiş baş naziri Toni Bleyr Əfqanıstanda bəzi ciddi xətalara yol verildiklərini və hazırda orada faciəvi, təhlükəli və gərəksiz bir vəziyyətin ortaya çıxdığını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş baş nazir bu barədə başçılıq etdiyi Qlobal Dəyişikliklər İnstitunun saytında "Niyə Əfqanıstan xalqını tərk etməməliyik? - onlar və bizim üçün" başlıqlı məqalə yazıb. Onun sözlərinə görə, Əfqanıstanı terror dövlətindən normal demokratik ölkəyə çevirməkdə hamı çox həvəsli olub:
"Yalnış həvəs ola bilərdi, ancaq alçaldıcı həvəs deyildi. Şübhə yoxdur ki, bu illərdə səhvlərimiz oldu, amma bizim xətalarımıza qarşı göstərilən reaksiya başqa bir xəta oldu. Bu gün təəssüf ki, biz demokratiyanın tətbiqini demək olar ki, utopik bir müdaxilə kimi görürük". 
O həmçinin bildirib ki, bu dəqiqə qərbin hansı tərəfdə durduğu başa düşülmür və Əfqanıstanın bu şəkildə tərk edilməsi strategiyanın deyil, siyasətin nəticəsidir. 
Bleyr öz fikirlərində onu da qeyd edib ki, əfqan xalqına hər cür köməklik edilməlidir və insanlıq xətrinə onlar yarı yolda qoyulmamalıdır.

DİGƏR XƏBƏRLƏR

Top