ABŞ-da güclü qasırğa: Minlərlə evə ziyan dəydi


ABŞ-ın Rod-Aylend ştatında güclü qasırğa səbəbindən 140 min evə elektrik enerjisi verilməsi dayandırılıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ştatın bir çox yerində güclü külək və fırtına ağacları kökündən qoparıb. Körpülərə, yollara və çox sayda evlərə ziyan dəyib. 
Ştatda küləyin sürəti saatda 95 kilometrə çatıb. Ölkə prezidenti Co Bayden qasırğa nəticəsində zərər görmüş şəxslərə yardım ediləcəyini vurğulayıb. 
Qeyd edək ki, Tennessi ştatında güclü qasırğa 22 nəfərin ölümünə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top