"Taliban" Pəncşirə daxil olsa Rusiya müdaxilə edəcək? – AÇIQLAMA


"Pəncşir əyalətindəki vəziyyət potensial olaraq Əfqanıstanda yeni bir vətəndaş müharibəsinə səbəb ola bilər".
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, bildirib ki, bu proses artıq təhlükəli həddə çatıb: "Onlara müdaxilə edilməyəcək. Rəsmi Moskvanın tərəflər arasında vasitəçilik etmək fikri yoxdur".
Xatırladaq ki, əfqanıstanlı əfsanəvi komandir Əhməd şah Məsudun oğlu Əhməd Məsud Qərb ölkələrinə səslənərək “Taliban”a qarşı dəstək istəmişdi. “Taliban” isə bu gün hərbçilər tərəfindən Pəncşir vilayətinin mühasirəyə alındığını, məsələnin sülh yolu ilə həllinə çalışdıqlarını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top