Hindistanda festival zamanı 75 nəfər yaralandı


Hindistanın Uttarakhand əyalətində hər il keçirilən “Bagwal” adlanan dini festivalda 75 nəfər yaralanıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Hindistan hökuməti xəbər yayıb. Verilən məlumata görə, “Bagwal” dini bayramını qeyd edən insanların bir-birinə atdığı daşlar nəticəsində 75 nəfər xəsarət alıb.  
Qeyd edək ki, “Bagwal” festivalı insanların bir-birinə daşlar ataraq qeyd etdiyi bir bayramdır. 2019-cu ildə bu bayram səbəbilə 120 nəfər ağır yaralanmışdı.
​​​​
 

DİGƏR XƏBƏRLƏR

Top