Rusiya Türkiyə ilə yeni S-400 müqaviləsinə hazırlaşır


Rusiya rəsmiləri, Türkiyə ilə yeni  S-400 hava hücumundan müdafiə sistemi müqaviləsinin imzalanmasının yaxın vaxtlarda həyata keçəcəyini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rosoboronexport” prezidenti Aleksandr Miheyev məlumat verib. Açıqlamada yaxın gələcəkdə yeni S-400 hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı Türkiyə ilə Rusiya arasında razılığa gəlməyə hazır olduqlarını vuğulayıb.
Xatırladaq ki,Türkiyənin Rusiyadan aldığı ilk S-400-lər Ankara ilə Vaşinqton, həm də NATO müttəfiqləri arasında narazılığa səbəb olmuşdu. Vaşinqton Ankaraya sanksiya tətbiq edərək, Moskvadan daha çox silah alınacağı təqdirdə yeni sanksiyaların gələcəyini bildirmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top