Yunanıstanda tam peyvənd edilən daha bir nəfər dünyasını dəyişdi


Yunanıstanda COVID-19 əleyhinə tam peyvənd edilənlər arasında ikinci ölüm qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Proto Thema” qəzeti məlumat yayıb. Bildirilib ki, Zakintos adasındakı bir xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulan 77 yaşlı bir kişi koronavirusdan ölüb. Qəzetin yaydığı xəbərə görə, həmin şəxs tam peyvənd edilməsinə baxmayaraq, başqa bir xəstəlikdən əziyyət çəkib. Bu səbəblə peyvəndin təsirini əhəmiyyətli dərəcədə azaldan güclü dərmanlar qəbul edib. Bu səbəblə adamı xilas etmək mümkün olmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top