Nigeriyada silahlı hücum nəticəsində 23 nəfər öldürüldü


Nigeriyanın bir sıra əyalətlərində silahlı şəxslərin hücumu nəticəsində 23 nəfər həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nigeriya polisi xəbər yayıb. Məlumata görə, ölkənin İsa əyalətində 14 nəfər, Aruvan əyalətində isə 9 nəfər silahlı şəxslər tərəfindən öldürülüb. Eləcə də hər iki əyalətdə xeyli sayda insan müxtəlif dərəcəli xəsarət alıb. Aruvan əyalətində isə 12 nəfər təhlükəsizlik xidməti tərəfindən silahlıların əlindən xilas edilib. 
Qeyd edək ki, ölkədə qarşıdurmalar əsasən heyvandarlıqla məşğul olan qəbilələr arasında baş verir. Həmçinin son vaxtlarda ölkədə motoskliteli hücumlar tez-tez təşkil edildiyindən bəzi əyalətlərdə bu nəqliyyat vasitəsinin istifadəsi qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top