Haiti yaxınlığında baş verən zəlzələdə ölənlərin sayı 2 mini ötdü


Avqustun 14 -də Haiti yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2207 nəfərə çatıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haiti Mülki Müdafiə Agentliyi məlumat verib. Agentlik həmçinin bildirib ki, zəlzələdə yaralananların sayı 12 min 268 nəfər olub. 344-dən çox şəxs itkin düşüb. Yeraltı təkanların güclü olması 100 mindən çox evin dağılmasına və qismən zərər görməsinə səbəb olub. Axtarış-xilasetmə işləri davam etdirilir. 
Qeyd edək ki, Haiti baş naziri Ariel Henri ölkədə bir aylıq fövqəladə vəziyyət elan edib.

DİGƏR XƏBƏRLƏR

Top