Kabil hava limanında atışma: "Əfqanıstanın zabiti öldürüldü"


Kabil hava limanında Əfqanıstan təhlükəsizlik qüvvələri ilə naməlum şəxslər arasında atışma baş verib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, hadisə nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir zabiti öldürülüb, üç nəfər isə yaralanıb.
Almaniya və ABŞ hərbçiləri də atışmada iştirak edib ancaq, tərəflərdən ölən və yaralananların olmadığı bildirilib.
Atışmanın nə üçün baş verdiyi məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top