Əfqanıstan sərhədində Pakistanın 1 zabiti şəhid oldu, 2 əsgəri isə yaralandı


Əfqanıstanla həmsərhəd Şimali Vəziristan bölgəsində terror aktı nəticəsində Pakistan ordusunun bir zabiti şəhid olub, iki əsgəri yaralanıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti məlumat yayıb. Bildirilib ki, Pakistan ordusunun zabitlərini daşıyan avtomobil Əfqanıstan sərhədində terrorçular tərəfindən yerləşdirilən minaya düşüb. Hadisədən sonra Pakistan xüsusi təyinatlıları bölgədə terrorçu qruplaşmalara qarşı əməliyyat keçiriərək bir terrorçunu məhv edib.
 

DİGƏR XƏBƏRLƏR

Top