11 yaşlı Fərid Təhməzovu anasının öldürdüyü məlum olub.
Yeniavaz.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Təhməzovun anası Gülayət Təhməzova və onun qeyri-rəsmi olaraq birgə yaşadığı Anar Məmmədov tərəfindən qətlə yetirildiyi məlum olub.
Onlar uşağı döyərək öldürüb, sonra isə rayon ərazisindəki qamışlığa atıblar.
Bundan sonra G.Təhməzova oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat verib.
***19:40
Goranboyda meyiti tapılan yeniyetmənin şəxsiyyəti məlum olub.
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Goran qəsəbəsində meyiti tapılan şəxs 2010-cu il təvəllüdlü Fərid Təhməzovdur. O, qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.
Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.
Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.