Ağsudakı yanğın söndürüldü - YENİLƏNİB

Ötən gün Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Yeniavaz.com bu barədə Yanğın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı dağlıq ərazidə 15 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.


***22 avqust, saat 19:05
Ağsu rayonunda dağlıq ərazidə yanğın hadisəsi baş verib.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə 10 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top