Lənkəranda su kanalında batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Lənkəran şəhərinin Nərimanabad kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun axtarışları başa çatıb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, R.Qasımovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***18:30
Lənkəranda su kanalında boğulma hadisəsi qeydə alınıb.

Yeniavaz.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top