Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 391 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 345 783 nəfər müalicə olunaraq sağalıb, 5 308 nəfər vəfat edib. 40 415 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 976, bu günə qədər isə ümumilikdə 4 319 841 test icra olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top