""Bayraktar" PUA-ları müharibənin göy üzündəki qəhrəmanı oldu".
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar “CNN Türk”ə müsahibəsində deyib.
"Müharibə 44 gün davam etdi. 44 gün ərzində dəstələr şəklində “Bayraktar TB-2” PUA-larımız kəşfiyyat, müşahidə işlərini yerinə yetirdi. Bundan başqa, zirehli maşınları, top batareyalarını zərərsizləşdirdi. Hər cür meteoroloji hava şərtlərində işlədi. Qarabağ müharibəsində çox inkişaf etmiş hərb sistemlərinə qarşı PUA-larımız təsirə məruz qalmadan işləməli idi. Hərəkat çox qısa müddətdə uğurla tamamlandı. İçimizdə qanayan o yara qapanmış oldu”, - S.Bayraktar qeyd edib.
Daha ətraflı videomüsaibədə: