Saatlıda ev yandı, bir nəfər xəsarət aldı


Saatlı rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

Yeniavaz.com bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qıraqlı kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə və çardağı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top