Putin: "Bəzən Lavrova xarici işlər naziri olduğunu xatırlatmalı oluram"


"Diplomatik departamentimizin çox aktiv və hücum mövqeyi tutması böyük sirr deyil. Bəzən hətta Sergey Lavrova onun müdafiə naziri yox, xarici işlər naziri olduğunu xatırlatmalı oluram".

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Vahid Rusiya"nın nümayəndələri ilə görüşdə deyib.
Putin bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi aktiv hücum mövqeyi tutur, daxili diplomatik xidmətin potensialı çox praqmatik şəkildə işləyir, tam olaraq Rusiyanın milli maraqlarına cavab verir.

DİGƏR XƏBƏRLƏR

Top