Sentyabrda ənənəvi tədrisə başlanılarsa, yoluxma sayı artacaqmı? - VİDEO


Biz tədricən inamla həm təhsil prosesinin, həm də iqtisadi proseslərin axsamasının qarşısını almalıyıq. Bunun üçün yeganə yol pandemiya reallığında vaksinasiya prosesidir.

Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

O bildirib ki, ənənəvi tədris prosesinə başlayacağıqsa, o zaman təhsildə iştirak etmək yaş qrupuna uyğun şəxslərin hər biri vaksin olunmalıdır:

“Konkret olaraq vaksinasiya şərtdir. Dövlət tərəfindən də bu proses ciddi nəzarət altında saxlanılacaq. Təhsil müəssisələrdə çalışan şəxslərin də vaksin olunması əsas şərtdir. Biz bununla yoluxma ehtimalını bir qədər aşağı salırıq. 

Buna görə də həmin yaş qrupunda olan şəxslərin vaksin olunmadan müəyyən proseslərdə iştirakının məhdudlaşdırılması kimi önəmli addımların atılması vacibdir. Əgər mən vaksin olunmayaraq vaksin olunan şəxsləri risk altında saxlayacamsa, o zaman müəyyən xidmətlərdən istifadə məhdudiyyətli ilə qarşı-qarşıya qalmalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top