Region ölkələrində vaksinasiya və yoluxma səviyyəsi – TAM SİYAHI


Azərbaycan əhalisinin 59%-i koronavirus əleyhinə peyvənd vurdurub. Peyvənd vurduranların təxminən 2/3-si yalnız birinci dozanı vurdurub. Eyni zamanda 21 avqust tarixinə olan məlumata görə Azərbaycanda koronavirusa yoluxan 35 min 555 nəfər xəstə var və bu, əhalinin 0,38%-ni təşkil edir.
Yeniavaz.com-un ölkələrin rəsmi qurumları tərəfindən açıqlnan məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycan region ölkələri arasında vaksinasiya səviyyəsinə görə 2-ci, yoluxma səviyyəsinə görə isə 3-cü sırada qərarlaşıb.
Region ölkələri arasında ən çox vaksin Türkiyədə, ən az vaksin isə Ermənistanda vurulub. Aktiv xəstələrin sayına görə isə region ölkələri arasında ilk sırda Gürcüstan, son sırada isə Tacikistan yer alıb.
Region ölkələrində vaksinasiya və yoluxma səviyyəsi aşağıdakı kimidir:
Ölkələr Əhalinin sayı
(min nəfər)
Vaksinasiya (20.08.2021)
 
Aktiv xəstə sayı (21.08.2021)
 
Vaksin olunanların sayı
 
Nisbət
 
Yoluxanların sayı
 
Nisbət
 
Türkiyə 85 368 88 059 440 103,15 % 447 428 0,52 %
Azərbaycan 10 243 6 045 471 59,02 % 38 555 0,38 %
Qazaxıstan 19 031 11 189 420 58,8 % 117 885 0,62 %
Rusiya 146 006 75 677 887 51,8 % 547 189 0,37 %
Özbəkistan 34 019 12 103 334 35,6 % 6 249 0,02 %
Moldova 4 023 1 211 354 30,1 % 2 839 0,07%
Belarus 9 446 2 684 863 28,4 % 2 501 0,03 %
İran 85 211 19 894 523 23,3 % 636 533 0,75 %
Gürcüstan 3 980 907 665 22,8 % 61 262 1,5 %
Tacikistan 9 780 1 967 985 20,1 % 125 0,001 %
Ukrayna 41 383 8 099 146 19,6 % 20 105 0,05 %
Qırğızıstan 6 646 981 836 14,8% 5 128 0,08 %
Ermənistan 2 970 220 236 7,4 % 8 493 0,28 %

DİGƏR XƏBƏRLƏR

Top