"COVID-19 xətri istəyəndə özü üçün mənfi statistika ilə dalğalanır" - Orxan Fikrətoğlu


"Operativ Qərargah COVID-19 və vaksindən qorxanlarla apardığı “mübarizədə” N qədər vəsait xərcləyir. Polisi, ASAN xidməti digər insan resurslarını prosesə nəzarətçi kimi cəlb edir, əhalinin cibinə uyğun olmayan cərimələr tədbiq edir".

Yeniavaz.com xəbər verir ki, bunu tanınmış publisist, teleaparıcı Orxan Fikrətoğlu deyib.
Teleaparıcı qeyd edib ki, COVID-19 xətri istəyəndə özü üçün yenə mənfi statistika ilə dalğalanır: “Bütün bu effektsiz tədbirlərdənsə yerli TV-lərin birində COVID-lə mübarizə zəminində gündəlik şəffaf statistika şərh edən, vaksinin praktik üstünlüyünü təsdiq edən, xəstəliyin gedişat etaplarını vizual açıqlayan bir veriliş açıb, kütləvi vaksinləşməməyin əsas səbəbi olan əhalinin şübhələrinə cavab vermək yaxşı olmazmı?
Yerli peşəkar yoxdursa, xaricdən bu sahənin uzmanını aparıcı kimi Azərbaycana dəvət etmək də olar. Bəlkə elə bu iki-üç ildə Azərbaycanın tibb monopoliyasına daxil ola bilməyən yerli alimlər də yetişib?
Bir sözlə maarifçillik bu işdə ən mühüm amildir. Di gəl prosesdə görünmür deyə cahil fikirlər cəmiyyətdə dominantdır.
Gündəlik efir və təmas TƏBİB-ə inamı da bəlkə yaradar”.​

DİGƏR XƏBƏRLƏR

Top