Ukraynanın azərbaycanlı idmançısı Avropa çempionu oldu - FOTO


Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə növbəti Avropa çempionatında Ukraynanı təmsil edən, azərbaycanlı, 2007-ci il təvəllüdlü Kərimov Vasif Knyaz oğlu birinci yer tutub.

Yeniavaz.com xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasından (UAR) Report-a verilən məlumata görə, 46 kiloqramda rinqə çıxan V.Kərimov Avropa çempionatında çıxdığı döyüşlərdə İtaliya, İsrail, Ermənistan və Rusiya idmançılarını məğlub edib.

Qeyd edək ki, Xarkov şəhərində dünyaya gələn V.Kərimov buna qədər Xarkov vilayətinin, Ukraynanın çempionu olub. Kərimovlar ailəsi RAU-nun fəal üzvlərindəndir.

DİGƏR XƏBƏRLƏR

Top