Ölkədə koronavirusa qarşı vurulan vaksinlərin ümumi sayı 6 milyonu keçdi


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 714 vaksin vur
ulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 423 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 110 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 667 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 442 691 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top