“Taliban” lideri hökumətin qurulması üçün Kabilə gəldi


“Taliban” hərəkatının siyasi qanadının lideri Əbdül Qani Baradar hökumətin qurulmasını müzakirə etmək üçün Kabilə gəlib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb. Səfərin təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, 53 yaşlı “Qəssab Baradar” “Taliban”ın qurucularından biridir. Qruplaşmanın əsas liderlərindən olan Molla Ömərin ölmədən əvvəl ən çox bel bağladığı şəxs olub. 3 il Pakistanda həbs olunub. Daha sonra ABŞ-ın istəyi ilə azadlığa buraxıldıqdan sonra Qətərə gedərək orada yaşamağa başlamışdı. O, 17 avqustda Əfqanıstana qayıtmışdı.

DİGƏR XƏBƏRLƏR

Top