Şəhid ailələri və müharibə əlillərinə 45 mənzil təqdim olunub - FOTOLAR


Lənkəranda 45 mənzilli yaşayış binası Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə təqdim edilib.

Yeniavaz.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəranda 45 mənzilli yaşayış binası Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərin istifadəsinə verilib.
Mənzillərin sənədlərinin təqdim edilməsi ilə bağlı tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

 

DİGƏR XƏBƏRLƏR

Top