“Meydançanın rüsvayçılıqdan ibarət olduğu həqiqətdir və düşünürəm ki, onların xalqı da bununla razılaşar”.
Yeniavaz.com xəbər verir ki,bu sözləri “Aberdin”in baş məşqçisi Stiven Qlass UEFA Konfrans Liqasında “Qarabağ”a qarşı Bakıda keçirilən oyundan sonra klubun saytına açıqlamsında bildirib.
Futbol mütəxəssisi müdafiəçi Endryu Konsidayın zədələnməsinin səbəbi kimi ot örtüyünün pis vəziyyətdə olmasını göstərib:
"600-ə yaxın oyun keçirmiş və karyerası ərzində belə halla üzləşməyən şəxsdən bəhs edirik. Meydanın rüsvayçılıqdan ibarət olduğu həqiqətdir və düşünürəm ki, onların xalqı da bununla razılaşar".
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən UEFA Konfrans Liqasının pley-off matçında “Qarabağ” Şotlandiya təmsilçisi “Aberdin”I qəbul edib. Qarşılşama Qurban Qurbanovun komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Mərhələnin cavab oyunu avqustun 26-da Aberdin şəhərində keçiriləcək.