Arvadını, qayınatasını və özünü öldürən şəxslə bağlı prokurorluqdan AÇIQLAMA + YENİLƏNİB


Avqustun 20-i saat 23 radələrində Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisində 3 nəfər şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Saatlı rayonu, Bəylər kənd sakini 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov 10-15 gün öncə arvadı 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qeyd edilən tarixdə qaynatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək sonuncuları qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü öldürmüşdür.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.

***08:56
Sabirabad rayonunda ailə faciəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb.
Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizami Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top