Ərdoğan: “Lazım olsa “Taliban”la danışıqlar apara bilərik”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda hakimiyyətə gələn “Taliban”la bağlı açıqlama verib.

Yeniavaz.com NTV-yə istinadla xəbər verir ki, Ərdoğan çıxışı zamanı Türkiyənin əfqan xalqına lazım gəldiyi qədər kömək edə biləcəyini deyib:
“Xarici İşlər Nazirliyimizin bu ölkələrlə apardığı görüşlər var. Lazım gələrsə, “Taliban”la danışıqlar apara bilərik. Buna qarşı deyilik. Qapımız döyüldüyündə qapımızı açaraq danışıqlarımızı apararıq.  Əfqanıstan xalqı bizim müsəlman qardaşlarımızdır”. 
Məlumat üçün deyək ki, "Taliban" sözçüsü Süheyl Şahin açıqlama verərək Türkiyədən kömək istəmişdi. O, Türkiyə ilə təhsil, iqtisadiyyat, inşaat, enerji və yeraltı sərvətlərin işlənməsi sahələrində əməkdaşlıq etmək istədiklərini bildirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top